Balın qiyməti bahalaşa bilər

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycanın bütün ballarının sərgi-satışı

«Azərbaycan Arıçılar Assosiasiyası balın idxal rüsumunun artırılması üçün aidiyyəti dövlət qurumlarına müraciət hazırlayacaq».

Bunu Report-a Assosiasiya sədri Bədrəddin Həsrətov bildirib. Onun sözlərinə görə, idxal rüsumlarının artırılmasında məqsəd bazarı qorumaqdır: «Daxili bazarı qoruya bilmirik».

B.Həsrətov vurğulayıb ki, kiloqramı 2-3 manata satılan bal ölkədə geniş yayılıb: «Bu qiymətə satılan balın tərkibi ilə bağlı bizdə şübhə var. Bu, arıçılığın inkişafına böyük zərbə vura bilər».

Hal-hazırda Azərbaycana gətirilən təbii bala tətbiq olunan gömrük idxal vergisinin dərəcəsi 10 faiz təşkil edir.

Ötən il ölkədə 3 min tondan çox bal istehsal olunub.

Son illər Bakıda hökumətin təşkil etdiyi yarmarkalarda balın 1 kq-ı 25-30 manat arası satılır.

Bəzi ekspertlər düşünür ki, idxal rüsumu artsa, bu, balın bahalaşmasına səbəb olacaq.