Bəstəkar Arif Məlikov 85 yaşında vəfat edib.
Bu məlumatı Azərbaycan Mədəniyyət Nazirliyindən də təsdiq ediblər.
Nazirlikdən verilən məlumata görə, bu gün, mayın 9-da saat 14:00-dan etibarən Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında bəstəkarla vida mərasimi keçiriləcək. Onun Bakıda, I Fəxri Xiyabanda dəfn olunması nəzərdə tutulur.
A.Məlikov 1933-cü il sentyabrın 13-də Bakıda doğulub.
1960-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib.
A.Məlikovun əsərləri dünyanın bir çox ölkələrində - Rusiya, ABŞ, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir və başqalarında ifa edilib. 2016-cı ildə A.Məlikovun 28 cilddən ibarət «Not əsərlərinin tam külliyyatı» çap olunub.
Ona SSRİ və Azərbaycanın Xalq artisti adları verilmişdi.