Cənubi Afrikanın mərhum prezidenti Nelson Mandelanın 18 il saxlandığı həbsxana hücrəsini təsvir etdiyi əsəri Nyu Yorkda hərracda 112 min 575 dollara satılıb.
“Kamera qapısı, Robben adası” adlı əsərin satışı mayın 2-də gerçəkləşib. Mandela əsəri 2002-ci ildə tamamlayıb. Əsər ilkin olaraq 60 min-90 min dollar arası dəyərləndirilirdi.
Əlvan karandaşla çəkilmiş rəsmdə kamera qapısının bir neçə barmaqlığı və qıfıl yerində açar təsvir olunub. Mandela əsəri 1999-cu ildə ölkə prezidentliyindən gedəndən sonra çəkib.
O, illərlə Keyptaun yaxınlığındakı Robben adasında həbsxanada siyasi məhbus kimi saxlanıb.
Bu əsər Mandela 2013-cü ildə vəfat edənədək çəkdiyi bir neçə əsərdəndir.
Mandela ümumilikdə 27 il həbs cəzası çəkib, aparteidə qarşı mübarizəni ruhlandırıb.
“Rəsm çəkmək ona rahatlıq gətirirdi, həm də keçmişin xatirəsi idi”, – qızı Pumla Makaziwe Mandela deyib. Sözügedən əsəri məhz o miras alıb və hərraca çıxarıb.
Onun sözlərinə görə, atası təqaüdə çıxandan sonra çox işi olmayıb və buna görə də rəsm çəkmək onun üçün özəl anlam daşıyıb.