Birləşmiş Ştatların İran üzrə xüsusi təmsilçisi BMT-nin Təhlükəsizlik Şurasında İran siyasətindən daşınacaq.
Dövlət Departamenti Brian Hook-un iclasda iştirak üçün aprelin 30-da və mayın 1-də Nyu Yorkda olacağını bildirib.
“O, ballistik raketlərin hazırlanması və sınaqdan keçirilməsi üzrə BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadığına görə İranın məsuliyyət daşımalı olmasının vacibliyini qeyd edəcək”, – bəyanatda vurğulanır.
Donald Trump 2017-ci ilin yanvarından prezidentliyə keçəndən Vaşinqton İranla bağlı mövqeyini sərtləşdirib.
Trump ötən il ölkəsinin Tehranla 2015-ci il nüvə sazişindən çıxdığını, sanksiyaların bərpa olunduğunu açıqlayıb.
Tehran nüvə proqramının dinc məqsəd daşıdığını deyir.