Bu gün, aprelin 29-da Göygöl rayon ərazisində «VAZ-2106» və «VAZ-2107» markalı minik avtomobillərinin toqquşması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
Bunu Səhiyyə Nazirliyindən bildiriblər.
Nazirlikdən verilən məlumata görə, onların ikisi uşaqdır: «Sərnişinlərdən biri də Gəncə Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. Həyati təhlükəsi qalmaqda davam edir».
Hazırda qəzanın səbəbi araşdırılır.