Müdafiə naziri Türkiyəyə gedib

Z.Həsənov hərbi sərgidə

Aprelin 29-da Azərbaycan müdafiə naziri Zakir Həsənov Türkiyə Respublikasına yola düşüb.

Müdafiə Nazirliyi bildirir ki, Z.Həsənov İstanbul şəhərində keçiriləcək «İDEF-2019» Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək.

Aprelin 30-da başlayan sərgi mayın 3-də başa çatmalıdır. Sərgiyə 820 firmanın qatıldığı bildirilir.