Aprelin 30-da Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənir. Lakin səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 12-17, gündüz 20-25, Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti proqnozlaşdırılır.
Aprelin 30-da Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Lakin gecə və səhər bəzi yerlərdə lokal qısamüddətli yağış yağacağı, dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Gecə 9-14, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti təxmin edilir.