ABŞ-ın Dövlət katibi Mike Pompeo Əfqanıstan Prezidenti Ashraf Ghani-yə zəng edərək Talibanla danışıqların təxirə salınmasından məyusluğunu bildirib. O, silahlı qruplaşmanın bu yaxınlarda “yaz hücumları mövsumunu” elan etməsini pisləyib.
Aprelin 19-da 250 nəfərlik əfqan siyasətçisi və vətəndaş cəmiyyəti xadimi Dohada Talibanla danışıq aparmalıydı, əfqanlararası dialoq keçirilməliydi. Taliban və Kabil hökumət rəsmiləri ilk dəfə bir araya gələcəkdi.
Ancaq görüşlər aprelin 18-də qəfildən ertələndi. Talibanın əfqan nümayəndə heyətinin miqyası və tərkibindən narazı qaldığı ortaya çıxdı.
Dövlət Departamentinin bəyanatına görə, Pompeo aprelin 21-də Ghani-yə zəng edərək Talibanın yaz hücumlarının başlanmasını elan etməsini pisləyib.
Pompeo deyib ki, danışıqlar sülhün irəliləməsi üçün vacib imkandır.
Bir neçə aydır Birləşmiş Ştatlar Dohada Talibanla ikitərəfli sülh danışıqları aparır.