Suriyada islamçıların hücumu nəticəsində hökumət qoşunları və müttəfiq qüvvələrin 50-ə yaxın əsgəri həlak olub.
Hücumu “İslam dövləti” qrupu və ona müttəfiq qüvvələr törədib.
Bu barədə Suriya insan haqları qrupu məlumat verir.
Məlumata görə, təkcə aprelin 20-də Hələbin şərqində 21 əsgər həlak olub.
Ötən ilin sentyabrında Hələb ətrafında atəşin dayandırılması ilə bağlı razılaşma imzalansa da atəşkəs rejimi tez-tez pozulur.
Aprelin 18-də Homs əyalətində törədilən hücumda isə 27 əsgər öldürülüb.Onlardan 4-nün zabit olduğu bildirilir.
İslamçılar hökumət qüvvələrinə pusqu qurublarmış.
“İslam Dövləti” qrupu bu ilin martında Suriyanın şərqində məğlub olaraq Deyr-əl Zor əyalətinə nəzarəti itirib.
Amma hələ də bir sıra radikal qüvvələr hökumət qoşunlarına qarşı mübarizəni davam etdirirlər.