Əfqanıstanın bir sıra müxalifət siyasətçiləri 2 min 500-dək siyasətçi, tayfa, etnik və dini liderin planlaşdırılan görüşünü boykot edəcəyini deyir. Toplantının məqsədi Talibanla gələcək sülh danışıqları ilə bağlı milli konsensus əldə etməkdir.
Keçmiş milli təhlükəsizlik müşaviri Hanif Atmar, keçmiş kəşfiyyat rəisi Rahmatullah Nabil və Ahmad Wali Masud qərarlarını aprelin 15-də açıqlayıblar.
Bu üç tanınmış siyasətçi Prezident Ashraf Ghani hökumətinin onlarla məsləhətləşmə aparmadığını deyiblər. Loya Jirqa adlı toplantının təşkilatçısı hökumətdir.
Bir neçə gün öncə hökumət başçısı Abdullah Abduılah da deyib ki, Ghani aprelin 29-na planlaşdırılan tədbirlə bağlı onunla məsləhətləşməyib.
Ghani ölkənin siyasi elitasının böyük bir hissəsindən uzaqlaşıb, onlar hökumətin sülh işlərindən kənar qaldıqlarını deyirlər.
Birləşmiş Ştatlar Talibanla sülh danışıqlarını sürətləndirib, bu ayın sonuna Qətərdə danışıqların yeni raundu gözlənir.
Taliban isə Kabil hökumətini Qərbin “oyuncağı” adlandırır, onunla rəsmi danışıqlardan imtina edir. Ancaq aprelin 19-na Qətərdə hökumətin nümayəndə heyəti ilə Talibanın danışıqları gözlənir.
Sentyabrda Əfqanıstanda prezident seçkisi keçirilməlidir.