Assange səfirlikdən ‘casusluq etməyə çalışıb’

Julian Assange məhkəməyə aparılır

WikiLeaks saytının qurucusu Julian Assange sığınacaq qaydalarını dəfələrlə pozub və Londondakı Ekvador səfirliyindən casusluq mərkəzi kimi istifadə etməyə çalışıb. Bunu Ekvadorun Prezidenti Lenin Moreno Britaniyanın “Guardian” qəzetinə deyib.

London polisi ötən həftə Assage-nı səfirlikdən çıxararaq həbs edib. Ondan öncə Ekvador onun yeddi illik sığınacağını ləğv edib, Birləşmiş Ştatlara ekstradisiyasına yol açıb. Assange dünyada ən böyük məxfi informasiya sızmasına görə ittiham olunur.

Jurnalistin Ekvadorla münasibətləri onun Moreno-nun şəxsi həyatı barəsində informasiya sızdırması ittihamları ortaya çıxınca pozulub.

Lenin Moreno

Moreno isə ailəsi haqda sənədlərin sızdırılmasına cavab olaraq belə bir addım atması haqda ittihamları rədd edib. O, təəssüflə qeyd edib ki, Assange səfirlikdən digər ölkə demokratiyalarına müdaxilə üçün istifadə edib.

***Buna da bax: Assange Londonda məhkəmə qarşısına çıxarılıb

“Ekvador sabitsizlik yaratmağa istənilən cəhdi qınayır, çünki suveren dövlətik və hər bir ölkənin siyasətinə sayqıyla yanaşırıq”, – Moreno email vasitəsilə qəzetə bildirib.

“Biz evimizin, qapılarını açan evimizin casusluq mərkəzinə çevrilməsinə imkan verə bilmərik”, – o vurğulayıb.

Assange tərəfdarları deyirlər ki, Ekvador Vaşinqtonun tələbiylə ona xəyanət edib, sığınacağın ləğvi qanunsuzdur və bu, mətbuat azadlığı üçün qara dönəmdir.