Əfqanıstan hökuməti bildirir ki, Talibanla aprelin 14-də Qətərdə başlanmalı olan danışıqlar beş gün sonraya keçirilib.
Əfqanıstanın barışıq şurasının üzvü Abdul Hadi Arghandewal danışıqlara gedəcək komandayla bağlı daha çox müzakirə gərəkdiyini söyləyib.
Beləliklə, Dohadakı danışıqlar aprelin 19-na keçirilib.
Bu görüş Əfqanıstanda 17 ildir gedən müharibəyə son qoyulması, ölkədən ABŞ əsgərlərinin çıxarılması yönündə vacib addım hesab olunur.
Taliban bildirib ki, hökumət təmsilçiləri ilə danışıq aparacaq, ancaq onları “sıravi” əfqan kimi tanıyacaq.
Arghandewal-ın deməsinə görə, nümayəndə heyətinin üzvlərinin adları 3-4 gün ərzində açıqlanacaq.
Taliban rəsmiləri görüşün ertələnməsindən xəbərdar olduğunu deyib, ancaq detallara varmayıb.