2019-cu ilin yanvar-mart aylarında 796 ailə ipoteka kreditləri (52.4 mln. manat) vasitəsilə mənzil əldə edib.
Bu barədə «Marja»ya İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.
Fondun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsinə nəzər saldıqda, son illər ərzində bu sahədə müsbət dinamikanın baş verdiyi müşahidə edilir. 2017-ci ildə Fondun xətti ilə 3109 nəfər ailəyə 203 milyon manat, 2018-ci ildə isə 3960 ailəyə 273 milyon manat məbləğində ipoteka krediti verilib.
Xatırlatma
Azərbaycanda ipoteka kreditləri 2006-cı ildən verilir. Sosial ipoteka 4, kommersiya kreditləri də 8 faizlə verilməlidir.
Son məlumatlara görə, Azərbaycanda indiyə qədər təqribən 26 mindən çox ipoteka krediti təqdim edilib.