Avropa İnsan Hüquqları Məhkəməsinin (ECHR) çıxardığı qərara görə, Rusiya hakimiyyəti 2014-cü ildə müxalif siyasətçi Aleksei Navalny-ni ev dustaqlığında saxlamaqla onun hüquqlarını pozub.
Navalny 2014-cü ilin fevralında ev dustağı edilib. O zaman onun barəsində mənimsəmə iddiaları araşdırılırdı, özü və tərəfdarları isə iddiaların siyasi motivli olduğunu deyirdi.
ECHR Rusiyanın o zaman Avropa İnsan Haqları Konvensiyasını pozması barədə qərar çıxarıb.
“Bir məsələ də aydındır ki, onun ictimai fəaliyyətini məhdudlaşdırmaq üçün onunla o cür davranılıb”, – məhkəmənin qərarında deyilir.
Navalny və qardaşı Oleg 2014-cü ilin dekabrında 30 milyard rublu – 442 min dolları mənimsəməkdə təqsirli bilinib. Həmin pulun Yves Rocher-in Rusiya filialı və başqa bir şirkətdən mənimsədiyi bildirilirdi.
Ancaq Strasburqda mənzillənən məhkəmə 2017-ci ilin oktyabrında qərar çıxarıb ki, Rusiya məhkəmələei qardaşların ədalətli mühakimə hüququnu pozub.
Navalny Prezident Vladimir Putinin əsas siyasi opponentlərindən biridir.