Trump gizli xidmətin rəhbərini işdən çıxarır

Arxiv fotosu

Prezident Donald Trump ABŞ Gizli Xidmətinin direktorunu işdən çıxarır. Bu agentlik onun və Birləşmiş Ştatların digər aparıcı rəsmilərinin mühafizəsini təmin edir.

Aprelin 8-də Ağ ev Gizli Xidmət direktoru Randolph Alles-in işdən çıxarılmasını təsdiqləyib.

Bir gün öncə isə Trump Daxili təhlükəsizlik katibi Kirstjen Nielsen-in vəzifədən getdiyini açıqlamışdı.

Gizli xidmət direktoru məhz daxili təhlükəsizlik katibinə hesabat verir.

Ağ evin sözçüsü Sarah Sanders deyib ki, xidmətin agenti James Murray mayda Gizli Xidmətin başına keçəcək.

Alles iki il idi agentliyə rəhbərlik edirdi.

Gizli Xidmət ABŞ prezidenti, vitse-prezidenti, keçmiş prezidentlər, ölkəyə səfər edən digər ölkə başçılarının təhlükəsizliyi üçün məsuliyyət daşıyır.