Ukrayna Prezidenti Petro Poroshenko prezident seçkisinin 21 aprel – ikinci raundu öncəsi rəqibi Volodymyr Zelenskiy ilə ictimai debatın vaxtını qabağa keçirməyə çağırıb.
Aprelin 7-də televiziyaya müsahibəsində Poroshenko debatın aprelin 14-də Kiyev Olimpiya Stadionunda keçirilməsini təklif edib.
Debat ilkin olaraq aprelin 19-na seçkiqabağı “sükut günü”ndən öncəyə salınıb.
Siyasətdə yeni olan Zelenskiy martın 31-də səslərin 30,24, Poroshenko isə 15,95 faizini yığıb.
Zelenskiy isə aprelin 8-də Facebook-da yaydığı videomüraciətdə debatın aprelin 19-da Kiyev Olimpiya Stadionundan keçirilməli olduğunu söyləyib.
Ötən həftə Zelenskiy Poroshenko-nu narkotik maddə və alkoqol testindən keçməyə çağırıb.
Poroshenko Olimpiya stadionundan, Zelenskiy isə özəl klinikada analiz verib.
Poroshenko aprelin 7-də deyib ki, Ümumdünya Antidopinq Agentliyinin standartlarına uyğun olaraq əlavə narkotik testindən keçəcək. Belə ki, onun ilkin analizlərinin Kiyev laboratoriyalarında saxtalaşdırılmasına dair iddialar yayılıb.