Sudanda etirazlar davam edir

Suriya Prezidenti Bashar al-Assad (solda) və Omar al-Bashir

Aprelin 7-də minlərlə sudanlı ordunun Xartumdakı qərargahı qarşısında etirazları davam etdirib. Onlar ordudan tələb edirlər ki, Prezident Omar al-Bashir-in istefası tələblərini dəstəkləsinlər.

Avropa İttifaqı son iki gündə “görünməmiş” sayda adamın küçələrə çıxaraq dəyişiklik tələb etdiyini bildirir.

Uzun illərin qeyri-adi çətinliklərindən sonra Sudan xalqı “nəzərəçarpan qətiyyət” göstərib, Aİ-nin Xarici Fəaliyyət Xidməti aprelin 7-də bildirib.

“Hökumət konkret addım atmaqla onların inamını qazanmalıdır”, – bəyanatda deyilir.

Bashir istefa vermir, opponentlərin seçki vasitəsilə hakimiyyət əldə etməyə çalışdığını bildirir.

Dekabrın 19-dan Sudanda Bashir və onun Milli Konqres Partiyasına qarşı davamlı etirazlar keçirilir.

Təhlükəsizlik qüvvələri etirazçıların dağıdılmasında gözyaşardıcı qazdan, qumbaradan istifadə ediblər. Nümayişlərdə onlarla etirazçı öldürülüb.