Rusiyada məhkəmə keçmiş ordu zabitini Suriyada İslam Dövləti yaraqlıları ilə birlikdə vuruşmaqda təqsirli bilərək 19 illik həbsə məhkum edib.
Denis Khisamov aprelin 2-də Rostov na-Donu şəhərində Şimali Qafqaz Hərbi Məhkəməsi tərəfindən məhkum olunub.
O, terrorçu təşkilatın fəaliyyətində iştirakda, terror hərəkətləri həyata keçirməkdən ötrü təlim almaqda təqsirli bilinib.
Müstəntiqlərin deməsinə görə, 2009-cu ildə hərbi xidmətdən istefa vermiş Khisamov 2015-2016-cı illərdə Suriyada İŞİD-in döyüşlərində iştirak etdiyini boynuna alıb, həmin əməliyyatlarda 8 nəfərin öldürüldüyünü, 13 nəfərin yaralandığını bildirib.
Khisamov-un Suriyanın Raqqa şəhərində təlim keçdiyi, daha sonra 300 nəfərlik qrupa qoşulduğu, İŞİD üçün savaşdığı müddətdə dörd nəfəri öldürdüyü bildirilir.
İstintaqın üzə çıxardıqlarını müstəqil təsdiqləmək mümkün olmayıb.