'Tacik teatrının anası' dünyadan köçüb

Musharrafa Qosimova-nın dəfn mərasimi

“Tacik teatrının anası” kimi tanınan tanınmış tacikistanlı aktrisa Musharrafa Qosimova Düşənbədə 100 yaşında dünyasını dəyişib.

Nəvəsi, jurnalist Shamsiya Qosim aprelin 2-də AzadlıqRadiosu-na bildirib ki, nənəsi ötən gecə vəfat edib.

Tacikistanın Mədəniyyət naziri Shamsiddin Orumbekzoda Qosimova-nın ölümünü “tacik mədəniyyəti və ümumilikdə Tacikistan xalqı üçün böyük itki” adlandırıb.

1918-ci ildə Səmərqənddə doğulmuş Qosimova teatr aktrisası kimi karyerasına 1937-ci ildə Tacikistan Dövlət Dram Teatrında başlayıb.

O, “Toy”, “Ana”, “Həyat və Sevgi”, “Bir məktub yazdım” kimi tamaşalarda oynayıb.

Qosimova bir sıra filmlərə də çəkilib.

Aktrisanın dəfn mərasimi aprelin 2-də keçirilir.