Diplomatlar bölgələrə gedir

XİN

Bu gün, aprelin 2-də Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin 60-dan çox təmsilçisi Gəncə şəhəri və ətraf rayonlara səfər edir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat yayılıb.

Məlumata görə, iki gün davam edəcək səfər Gəncə şəhəri, Samux və Göygöl rayonlarını əhatə etməlidir.

XİN bildirir ki, səfərdə məqsəd Azərbaycanda regionların inkişafı ilə tanış olmaq, bölgələrdə həyata keçirilən sosial, iqtisadi layihələr və turizmin inkişafı ilə yerindəcə məlumatlanmaqdır.