Azərbaycanda 2018-ci ildə 751 uşaq övladlığa götürülüb.
Bu barədə bu gün, aprelin 1-də Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
DSK vurğulayıb ki, bu da 2017-ci illə müqayisədə 14.4 faiz azdır.
Övladlığa götürülənlərdən 402-si oğlan, 349-u isə qız olub.
«Ötən il ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 14 uşaq övladlığa götürülmüşdür ki, onların da 4-ü qızdır», -açıqlamada yazılıb.
2018-ci ildə Azərbaycan məhkəmələrinin övladlığagötürmə hallarının ləğv edilməsi ilə bağlı qərarları artıb. Belə qərarların sayı əvvəlki illə müqayisədə 15.5 faiz artaraq 67 olub.