Müavinətlərin artımı qüvvəyə minir

İ.Əliyev

Bu gün, aprelin 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi prezident İlham Əliyevin bəzi sərəncamlarının qüvvəyə minməsi ilə bağlı açıqlama yayıb.

Nazirlik vurğulayıb ki, aprelin 1-də 14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə prezident təqaüdləri orta hesabla 100 faiz artırılır.

Həmçinin, 2 kateqoriya üzrə yeni prezident təqaüdləri təsis edilir. Söhbət I qrup əlillərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə, habelə müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə veriləcək prezident təqaüdlərindəın gedir.

Dövlət başçısı İlham Əliyev bu il fevralın 25-də bütün bu məsələlərlə bağlı sərəncamlar vermişdi. Həmin sərəncamlarda artımların aprelin 1-dən qüvvəyə minəcəyi qeyd olunurdu.

Bu günlər əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də jurnalistlərə bildirmişdi ki, sosial müavinətlərin və təqaüdlərin artırılması, həmçinin yeni təqaüdlərin təsis olunmasından ötrü illik əlavə olaraq 400 milyon manat vəsait ayrılacaq.