ABŞ-ın İstanbuldakı konsulluğunun türkiyəli işçisi casusluq və Türkiyə hökumətini devirməyə cəhd ittihamıyla İstanbulda məhkəmə qarşısına çıxarılıb.
Konsulluqda tərcüməçi və əlaqələndirici vəzifəsində çalışan Metin Topuzun məhkəməsi İstanbulda martın 26-da başlanıb.
59 yaşlı Topuz 2017-ci ilin oktyabrından saxlanıb. O, ABŞ-da yaşayan vaiz Fethullah Gulen-lə əlaqələrdə ittiham olunur.
Ankara Guleni 2016-cı il çevriliş cəhdinin arxasında durmaqda suçlayır, Gulen ittihamı rədd edir.
İttihamlar sübuta yetirilsə, Topuz ömürlük həbsə məhkum edilə bilər.
Topuzun saxlanmasından sonra 2017-ci ildə ikitərəfli viza xidmətləri iki aylığa dayandırıldı.