Pashinyan ATƏT-sədrinin şəxsi nümayəndəsi Anjey Kasprshiki qəbul edib

Nikol Pashinyan və Andrzej Kasprzyk

Nikol Pashinyan və Andrzej Kasprzyk

Ermənistanın baş naziri Nikol Pashinyan martın 22-də ATƏT-sədrinin şəxsi nümayəndəsi Anjey Kasprshiki qəbul edib.

Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı durumu müzakirə olunub.

Tərəflər qarşılıqlı etimad və sülh ab-havası yaradılması istiqamətində addımlar atılmasının vacibliyini qeyd ediblər.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-c ildə atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayon işğal edilib.

Qarabağ münaqişəsinin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupun həmsədr dövlətlərdir.

Danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi arasında aparılır.