Martın 22-də Afinadakı Rusiya konsulluğuna yaxınlıqdan keçən motosikletdən əl qumbarası atıblar, xəsarət alan olmayıb, binaya az ziyan dəyib. Məlumatı Yunanıstan polisi yayıb.
Səhər tezdən baş vermiş hücuma hörə məsuliyyəti götürən olmayıb. Polis ərazini mühafizə edib, konsulluğa bombanı zərərsizləşdirməyə briqada göndərib.
Qurğu təhlükəsizlik köşkünün yanında partlayıb, aşağı sıxlıqlı partlayıcı olduğu bildirilir.
Polisdəki mənbələr hücumu Xalq Döyüşçüləri Qrupu adlı solçu hərbi qrupun gerçəkləşdirməsindən şübhələndiklərini deyirlər.
Bu qrup ötən dekabrda bir telekanal və bir qəzetə hücuma görə məsuliyyəti götürmüşdü.
Yunanıstanın Xarici İşlər Nazirliyi hücumu pisləyib.