Azərbaycanda buğdanın idxalı, satışı, buğda ununun, çörəyinin istehsalı və satışı daha 1 il vergidən azad oluna bilər.
AZƏRTAC-ın xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir. Artıq məsələ komitə müzakirəsindən keçib.
Başqa sözlə, vergidən azadetmə 2021-ci ilədək davam edə bilər.
Dəyişiklik layihəsinə Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında baxılacaq.
2015-ci ildə Azərbaycanda iki devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında iki dəfə dəyər itirib. Bu güzəşt 2016-cı il yanvarın 1-dən bir illik tətbiq edilib. Daha sonra güzəştin müddəti 3 illiyə uzadılmışdı.