Üç günə borca görə 27 şəxs saxlanıb

Polis

Dünən, martın 12-də borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Daxili İşlər Nazirliyinin saytı məlumat yayıb.

Saytın kriminal xronika bölməsində qeyd edilir ki, martın 11-də 10, 10-da, yəni həftənin bazar günü isə 5 nəfər saxlanılıb.

Kriminal xronikada əksər günlər Azərbaycanda borca görə insanların saxlanması ilə bağlı məlumatlar yer alır. Bəzi günlər buna aid göstəricilər birrəqəmli, bəzi günlər isə ikirəqəmli olur.