Martın 9-da Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Səhər bəzi yerlərdə zəif duman olacağı təxmin edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 2-5, gündüz 9-13, Bakıda gecə 3-5, gündüz 11-13 dərəcə isti proqnozlaşdırılır.
Martın 9-da Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənir. Gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti təxmin edilir.