8 mart-Qadınlar günü

Sizin brauzer HTML5-i dəstəkləmir

Sizcə, Azərbaycan xanımını nə xoşbəxt edər?

Bu gün bütün dünyada 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunur. Onun əsası Avropa sosialistlərindən olan Klara Setkinin təklifi ilə 1910-cu ildə qoyulub.

Bu gün daha çox qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü sayılır.

İlk dəfə 1911-ci ildə Almaniya, daha sonra bir sıra başqa ölkələrdə qeyd edilib.

1977-ci ildə isə BMT bu günü 8 Mart- Beynəlxalq Qadınlar Günü elan edib.

Azərbaycanda isə bu bayram sovet dönəmindən qeyd olunmağa başlayıb.

1995-ci ildən Azərbaycan qadınlara qarşı münasibətdə ayrıseçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

8 Mart - Beynəlxalq Qadınlar Günü Azərbaycanda qeyri-iş günüdür.

2019-cu il yanvar ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50.1 faizini qadınlar təşkil edib.

Dövlət Statistika Komitəsi bildirir ki, ilin əvvəlində qadınların sayı 4 milyon 999.1 min nəfərə bərabər olub. Ötən il (2018-ci il) Azərbaycanda doğulmuş 139 min körpənin 46.6 faizini qız uşaqları təşkil edib. Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi isə ilkin məlumatlara əsasən, hazırda 48.2 faizdir.