NATO rəhbəri Jens Stoltenberg deyir ki, bu ayın sonunda Gürcüstana səfər edəcək, bu respublikada birgə hərbi təlimə qatılacaq.
Stoltenberg martın 6-da Brüsseldə Monteneqro Prezidenti Milo Djukanovic ilə danışıqlardan sonra jurnalistlərə danışıb.
“Bu ayın sonuna Gürcüstana gedəcəyəm və bu, Gürcüstanla güclü tərəfdaşlıq və siyasi dialoqumuzun bir hissəsidir. Gürcüstanda siyasi rəhbərliklə görüşəcək, NATO-Gürcüstan birgə təliminə baş çəkəcəyəm”, – o deyib.
NATO-Gürcüstan təlimi martın 18-29-da paytaxt Tbilisi yaxınlığındakı Krtsanisi Milli Təlim Mərkəzində baş tutacaq. NATO-nun 23 üzvü və tərəfdaş ölkəsindən əsgərlər təlimə qatılacaq.
“Bu təlimi mütəmadi keçiririk və bu, NATO ilə Gürcüstanın yaxın tərəfdaş olduğunu göstərir”, – Stoltenberg deyib.
İlk belə təlim 2016-cı ildə keçirilib. https://www.act.nato.int/nato-georgia-exercise-2016
Stoltenberg Gürcüstanda Əfqanıstan və digər yerlərdəki missiyalarına töhfəsinə görə də təşəkkür edib.
“Gürcüstan NATO-nun müxtəlif missiya və əməliyyatlarında iştirak etməklə alyansa böyük dəstək verir”, – Stoltenberg vurğulayıb.