Prezident İlham Əliyev Dövlət Musiqili Teatrına və Dövlət Rus Dram Teatrına «akademik» statusu verilməsi haqqında sərəncam imzalayıb.
Bu gün, martın 5-də imzalanan sərəncamla Nazirlər Kabineti və başqa qurumlara bundan ötrü tapşırıq verilib.
Azərbaycan Dövlət Musiqili Teatrı 1938-ci ildə yaradılıb. Onda o, Dövlət Musiqili Komediya Teatrı adını daşıyıb.1938-ci ilə qədər musiqili komediyalar Azərbaycan Dövlət Opera və Balet Teatrında oynanılıb.
Dövlət Rus Dram Teatrı isə 1920-ci ildə Bakı Azad Tənqid-Təbliğ Teatrı adı ilə yaradılıb. 1937-ci ildən ona indiki adı verilib.
Bir teatra «akademik» statusun verilməsi onun yaradıcılıq baxımdan nümunəvi sayılması anlamına gəlir.
Buna qədər Azərbaycanda Milli Dram Teatrının da belə bir statusu olub.