Klaus Kinkel 82 yaşında dünyasını dəyişib

Klaus Kinkel

Almaniyanın keçmiş xarici işlər naziri Klaus Kinkel 82 yaşında dünyasını dəyişib. Məlumatı onun Azad Demokratik Partiyasının indiki rəhbəri verib.

Christian Lindner deyib ki, Kinkel martın 4-də ağır xəstəlikdən vəfat edib.

1992-ci ildə Almaniyanın xarici işlər naziri olan Kinkel altı il bu vəzifədə qalıb.

O, həmin vaxt partiyası ilə mühafizəkar blokun koalisiyasının vitse-kansleri olub.

Keçmiş nazir daha sonra hüquqşünas kimi çalışıb, Deutsche Telekom Fondunun sədrliyinə keçib.