Guaido Venesuelaya qayıdıb

Juan Guaido

Venesuelanın müxalifət lideri Juan Guaido paytaxt Karakasa qayıdıb. O, məhkəmə qadağasına baxmayaraq ölkədən çıxmış, Latın Amerikası ölkələrinə səfər etmişdi.

“Onlar bizi hədələyirdilər, amma burdayıq”, – Guaido martın 4-də minlərlə tərəfdarı qarşısında deyib.

Guaido Nicolas Maduronu prezident postundan getməyə vadar etmək istəyir.

O, yanvarda özünü aralıq dövr prezidenti elan edib, 50-dən çox ölkə onu tanıyıb.

Müxalifət lideri deyib ki, martın 6-də dövlət sektorunu təmsil edən həmkarlar ittifaqları ilə görüşəcək. O, həftəsonuna ümumxalq etirazlarına çağırıb.

Rusiyanın dəstəklədiyi Maduro 2013-cü ildə Hugo Chavez-in ölümündən sonra vəzifəyə keçib. Ötən ilin mayında ikinci müddətə prezident andı içməsinə baxmayaraq müxalifət seçkini boykot edib, saxtalaşdırıldığını deyib

Maduro ölkədə insan haqları pozuntularında, iqtisadiyyatı düzgün idarə etməməkdə ittiham olunur.