İranın qərbində xilasedici vertolyot qəzaya düşüb, beş nəfər həlak olub.
Dövlət televiziyasının məlumatına görə, vertolyot hamilə qadına təcili tibbi yardım göstərməyə gedirmiş.
O, Çaharmahal və Baxtiyari vilayətində qəza edib.
Son bir neçə on ildə İranda bir neçə təyyarə və vertolyot qəza edib.
Tehran bildirir ki, ABŞ sanksiyaları onun Qərbdən yeni təyyarə, yaxud ehtiyat hissələri almasını əngəlləyib.