Bazar günü ABŞ-ın Alabama ştatında güclü qasırğadan uşaqlar daxil azı 23 nəfər həlak olub. Rəsmilər xilasetmə işlərinin davam etdiyini, ölü sayının arta biləcəyini deyirlər.
Ötən gecə xilasedicilər Alabamanın ən böyük şəhəri olan Auburn daxil Lee dairəsində dağıntılar altından ölü və yaralıları çıxarıblar.
Azı bir qasırğa daxil tufanlar qonşu Corciya ştatında da ağacları kökündən qoparıb, evləri dağıdıb. 21 min nəfərin elektriksiz qaldığı xəbər verilir.
Prezident Donald Trump Alabama və tufanın ziyan vurduğu digər ərazilərin sakinlərini “diqqətli və təhlükəsiz” olmağa çağırıb.
“Qasırğa və tufanlar həqiqətən dağıdıcı olub və yenə baş verə bilər. Qurbanların ailələri və dostları, yaralılar, hamınızı Tanrı qorusun!” – prezident yazıb.