İran AES üçün yanacaq ‘Xəzər nüvə marşrutu’ ilə göndəriləcək

Bushehr zavodu

Həştərxanın Olya limanı nüvə materiallarının yüklənməsi üçün lisenziya alıb və İrandakı Bushehr atom elektrik stansiyası üçün ilk yanacaq partiyasını yola salmağa hazırdır. Bunu limanın direktoru Aleksandr Melnikov deyib.

“Nüvə materiallarının yüklənməsi üçün lisenziya almışıq. Xəzər nüvə marşrutu kimi xidmət göstərəcəyik. İranın atom elektrik stansiyaları, Bushehr stansiyası üçün yanacaq daşınacaq. Bir partiya yanacaq 200 tondur və bir neçə ilə çatır, bütün stansiyanın fəaliyyətini təmin edir”, – Melnikov jurnalistlərə deyib.

Onun sözlərinə görə, Həştərxan aeroportundan belə yanacaq ilk dəfə daşınacaq. “Hər halda, yazda olacaq, dəqiq deyə bilmərəm”, – deyən direktor İranın daha öncə nüvə yanacağını təyyarələrlə aldığını əlavə edib.

Rusiya Bushehr AES-in ilk enerji blokunu İrana 2013-cü il sentyabrın 23-də verib. 2017-ci ilin oktyabrında Rosatom 2-ci və 3-cü enerji bloklarının tikintisinə başlayıb. İkinci blokun tikintisinin 2024, 3-cünün isə 2026-cı ilədək bitəcəyi gözlənir.

İki enerji blokunun toplam gücü 2,1 min meqavatdır.

Bushehr-in ikinci bloku üzrə tikinti lisenziyasının alınması bu ilin yayına, təməl qoyuluşu isə 3-cü rübdə gözlənir.