Qazaxıstanın cənubunda Taraz şəhərində yaşayış binasında partlayış olub, azı 3 nəfərin həlak olduğu xəbər verilir.
Rəsmilər partlayışa şübhəli qazsızmanın səbəb olduğunu bildirirlər.
Hadisə fevralın 27-də səhər beşmərtəbəli binanın ikinci mərtəbəsində baş verib.
Partlayış nəticəsində birinci mərtəbədən tutmuş üçüncüyədək üç mənzil dağılıb.
Azı 6 nəfər xəsarət alıb, üçü xəstəxanadadır. Binadan 145 nəfər köçürülüb.
Polisin ilkin dəyərləndirməsinə görə, partlayışa “təbii qaz avadanlığından düzgün istifadə etməmək səbəb olub”.