Elmar Məmmədyarov Cenevrəyə gedib

E.Məmmədyarov

Fevralın 25-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 40-cı sessiyasında iştirak etmək məqsədlə Cenevrə şəhərinə işgüzar səfər edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) fevralın 26-da yaydığı məlumatda bildirilir.

Səfər çərçivəsində E.Məmmədyarovun BMT İHŞ-nin 40-cı sessiyasında çıxışı, habelə bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.

İnsanların, o cümlədən azlıqların hüquqlarının əsas diqqətdə olduğu bu sessiya martın 22-nə kimi davam edəcək.