Pakistan Hindistanı ittiham edir

İslamabadda Hindistana qarşı etiraz

Pakistan ordusu Hindistana məxsus bir və ya daha artıq təyyarənin mübahisəli Kəşmir region üzərindəki hava məkanına keçdiyini deyir. Pakistan buna cavab olaraq özünün qırıcı təyyarəsini göndərdiyini bildirir.

Hindistanın xəbər agentliyinin məlumatına görəsə, Hindistanın qırıcı təyyarələri Kəşmirin Pakistanın nəzarətində olan ərazisində “böyük terror düşərgəsi”nə hücum edib.

Bu insidentlərdən 11 gün öncə Kəşmirin Hindistan hissəsində intiharçı hücumunda azı 41 əsgər öldürülüb.

Pakistanın xarici işlər naziri fevralın 22-də BMT-nin Təhlükəsizlik Şurasına məktubunda qurumun diqqətini intiharçı hücumundan sonra Hindistanın yaratdığı təhdidə çəkib. Shah Mahmood Qureshi xəbərdarlıq edib ki, Hindistan Pakistana qarşı gücdən istifadə etməklə hədələdiyindən regionda durum pisləşməkdədir.

1947-ci ildə Britaniyadan müstəqillik əldə edəndən iki ölkə Kəşmir uğrunda üç dəfə müharibə aparıb.

1989-cu ildən bəri üsyançılar Kəşmirə Hindistanın nəzarətinə qarşı vuruşurlar. Bu üsyanda 70 minədək adam öldürülüb.