Fevralın 26-da Bakı və Abşeron yarımadasında bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı, səhər kəsiləcəyi gözlənir. Cənub-qərb küləyinin əsəcəyi, gündüz arabir güclənəcəyi ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 3-6, gündüz 10-13, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti proqnozlaşdırılır.
Fevralın 26-da Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi təxmin olunur. Lakin axşam bəzi cənub və qərb rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti təxmin edilir.