Azərbaycan nümayəndə heyəti Çinə gedir

Ş.Mustafayev

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət Azərbaycan nümayəndə heyəti fevralın 25-də Çinə gedəcək.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Ş.Mustafayev Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədridir. Səfərin martın 1-nə kimi davam edəcəyi planlaşdırılır.

Səfər çərçivəsində Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası keçiriləcək. Ticarət, energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, idman, mədəniyyət, humanitar, qida təhlükəsizliyi və başqa sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.

«Azərbaycan nümayəndə heyəti Çinə səfər çərçivəsində həmçinin, rəsmi şəxslər və aparıcı şirkətlərinin rəhbərləri ilə görüşəcək», - açıqlamada yazılıb.