Sumqayıtla bağlı sərəncam imzalandı

Sumqayıt

Prezident İlham Əliyev bu gün, fevralın 14-də Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC-ın məlumatına görə, sərəncamda şəhərin 70 illik yubileyi ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.

2019-cu ilin noyabrında Sumqayıtın şəhər statusu almasının 70 illiyi tamam olur.

Sumqayıt şəhəri SSRİ dönəmində salınıb. O vaxt «gənclər şəhəri» adlanan bu yeni məskəndə keçmiş SSRİ-nin aparıcı kimya müəssisələri yerləşdirilmişdi. Ekspertlərin fikrincə, bu da şəhərdə ekoloji problemlər yaradırdı. Hazırda həmin müəssisələrin çoxu fəaliyyət göstərmir.

Sumqayıt (Gəncə ilə birgə) Azərbaycanın Bakıdan sonra ən böyük şəhərlərindən biri sayılır. İndi şəhərdə məcburi köçkünləri çıxmaqla 330 mindən çox insanın yaşadığı bildirilir.