Hərbi vertolyot qəza edib, 4 əsgər ölüb

Arxiv fotosu

İstanbul yaxınlığında Türkiyənin hərbi vertolyotu qəzaya uğrayıb, azı dörd əsgər həlak olub.

UH-1 tipli vertolyot fevralın 11-də yaşayış binaları kompleksinin ortasında fövqəladə eniş etmək itərkən qəzaya düşüb. Hadisə İstanbulun Asiya hissəsində, Çekmeköy bölgəsində baş verib.

Hadisə zamanı dinc sakinlərdən xəsarət alan olmayıb.

Bu, son üç ayda İstanbulda ikinci belə qəzadır.

İstanbul Anadolu Baş Prokurorluğunun məlumatına görə, qəzanın səbəbi hələlik, bəlli deyil, təhqiqat başladılıb.