Bu gün, fevralın 11-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
Komissiyadan verilən məlumata görə, iclasda 100-ə yaxın müraciətə baxılıb. Növbəti iclaslarda başqa müraciətlərə də baxılacağı gözlənir.
Müraciətlərə baxıldıqdan sonra siyahı qanunvericiliyin tələbinə uyğun olaraq prezident İlham Əliyevə təqdim edilməlidir. Dövlət başçısının Novruz bayramında (martın 20-si, 21-i) əfv sərəncamı imzalayacağı gözlənir.