İranda 2 min 500 illik monarxiyaya son qoymuş islam inqilabının 40 illiyi qeyd olunur.
1979-cu il fevralın 1-də Ayətulla Ruhollah Khomeini Fransadan 14 illik sürgün həyatından qayıdaraq İslam Respublikaçısının ali rəhbəri olur.
Fevralın 1-də yerli vaxtla 9:33-də İran boyu fit səsləri eşidilib. 40 il öncə Khomeini-nin təyyarəsi Tehran aeroportuna həmin vaxt enmişdi.
“Sübhün on günü”, 10 günlük mərasim fevralın 11-də tamamlanır. Həmin gün Mohammad Reza Pahlavi hökuməti devrilib, şiə ruhanilər hakimiyyətə gəlib.
Fevralın 1-də Khomeini-nin Tehrandakı mavzoleyinə minlərlə adam yığışıb, hərbi orkestr inqilabi mahnılar səsləndirib.
İranın Ekspertlər Məclisinin rəhbəri Ayətulla Ahmad Jannati Birləşmiş Ştatlarla münasibətləri yaxşılaşdırmağa çalışanları tənqid edib.
“Amerika çökməkdədir, biz Amerikadan qorxmamalıyıq”, – Jannati deyib.

