Son bir ayda bankların aktivləri azalıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Banka borcunu qaytara bilməyənlərin borcunun silinməsinə necə baxırsız?

2018-ci ilin sonunda Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 mlrd. 502.4 mln. manat, öhdəlikləri isə 25 mlrd. 430.6 mln. manat təşkil edib.

Bu barədə bu gün, yanvarın 28-də Maliyyə Bazarına Nəzarət Palatası məlumat yayıb.

Məlumatda qeyd edilir ki, sektorun balans kapitalı 4 mlrd. 71.8 mln. manat olub. «2018-ci ilin dekabr ayı ərzində bank sektorunun aktivləri 1.1 (324.8 mln. manat), öhdəlikləri 0.6 (149.2 mln. manat), balans kapitalı isə 4.1 faiz (175.6 mln. manat) azalıb. Dekabr ayında bankların kredit portfeli 3.7 faiz (456.2 mln. manat) artaraq 12 mlrd. 628.3 mln. manat təşkil edib. Ümumilikdə isə, 2018-ci ildə bank sektorunun kredit portfeli 11.4 faiz (1 mlrd. 290.7 mln. manat) artıb», - məlumatda yazılıb.

Dekabrda fiziki şəxslərin əmanətləri 3.5 faiz (279.8 mln. manat) artaraq 8 mlrd. 269.7 mln. manat təşkil edib. 2018-ci il ərzində isə fiziki şəxslərin əmanətlərində 9.6 faiz (727.2 mln. manat) artım qeydə alınıb.

«2018-ci ili bank sektoru mənfəətlə başa vurub. Banklar 694.6 mln. manat əməliyyat mənfəəti, 279.4 mln. manat məbləğində xalis mənfəət generasiya edib», - məlumatda yazılıb.

Hazırda Azərbaycanda 30 bank fəaliyyət göstərir.