Bakıda yağış, külək gözlənir

Bakı

Yanvarın 29-da Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında gecə 2-4, gündüz 5-7 dərəcə isti proqnozlaşdırılır.

Yanvarın 29-da Azərbaycanın bölgələrində də arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Gecə 2-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təxmin edilir.