Yanvarın 26-da ABŞ-ın Texas ştatındakı El-Paso şəhərində prezident Donald Trump-ın sərhədə divar çəkmək planına qarşı aksiya keçirilib.
Bu şəhər Meksiya ilə sərhəddə yerləşir.
Aksiyaçılar ABŞ-ın miqrasiya siyasətində islahatlar aparmağa çağırıblar.
El-Pasonun mərkəziilə Meksikanın Syudad-Xuares şəhərini beynəlxalq körpü birləşdirir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Texasda Trump-ın sərhədə divar çəkmək planına qarşı aksiya keçirilib
Yerli sakinlər deyirlər ki, amerikalılarla meksikalılar artıq uzun illərdir ki, bu körpü ilə heç bir maneəsiz və problemsiz sərhədin o tayına keçirlər.
Qeyd edək ki, donald Trump qanunsuz miqrasiya və narkotik qaçaqçılığı ilə mübarizə aparmaq üçün Meksika ilə sərhədə divar çəkmək istəyir.
Amma bu plan Konqresdə demokratların ciddi müqaviməti ilə üzləşdi və nəticədə hökumət 30 gündən də çox bağlı qaldı.
Sonda Trump güzəştə gedərək hökumətin müvəqqəti açılması barədə razılığa gəldi.
Bu divarın çəkilməsinə 6 milyard dollara yaxın vəsait lazımdır.
Demokratlar bunu məsrəfçilik sayırlar.