Yanvarın 25-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 1-5, gündüz 8-13, Bakıda gecə 3-5, gündüz 10-12 dərəcə isti proqnozlaşdırılır.
Yanvarın 25-də Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi qərb rayonlarında yağıntılı olacağı ehtimalı var. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təxmin edilir.