İrlandiyalı deputatlar Rusiyada casusluq ittihamıyla saxlanmış amerikalıya həbsxanada baş çəkiblər. Bu haqda məlumatı Paul Whelan-ın qardaşı David verib.
O, diplomatlara istinadla qardaşının saxlandığı həbsxanada vəziyyətin yaxşı olduğunu deyib.
Bəyanatda ABŞ diplomatlarının ona yanvarın 17-də baş çəkəcəyi vurğulanır.
Keçmiş ABŞ dəniz piyadası, İrlandiya, Kanada, Britaniya və Birləşmiş Ştatlar vətəndaşlığı olan Paul Whelan dekabrın 28-də saxlanıb. Onun casusluqda suçlandığı bildirilir.
Bu maddəyə görə 20 ilədək həbs kəsilə bilər.
Rusiya rəsmiləri ona ittihamların detallarını açıqlamayıblar.
Whelan ABŞ avto-hissələr hazırlayan şirkətin qlobal təhlükəsizlik direktoru idi.
Rusiyalı vəkili Vladimir Zherebenko onun günahsız olduğunu deyir.
Vəkil ehtimal edib ki, Rusiya rəsmiləri onu ABŞ-da qeydiyyata alınmamış xarici agent kimi çalışmaqda suçlanan rusiyalı Maria Butina-ya dəyişməyi nəzərdən keçirə bilərlər.
ABŞ-ın səfiri Jon Huntsman yanvarın 2-də həbsxanada Whelan-a baş çəkib.